Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan idman sahəsində də yeni-yeni uğurlar əldə edir

0

  •        Ölkəmiz son iki ildə böyük uğurlara imza atmışdır. Həm​ pandemiyaya, həm də Vətən müharibəsi dövründə mənfur düşmənə qalib gələn Azərbaycan, artıq digər sahələrdə böyük nailiyyətlər əldə etmək niyyətindədir. İndi Azərbaycanın qarşısında əsas prioritet məsələ erməni işğalından azad edilmiş torpaqlarda mənfur düşmən tərəfindən vəhşicəsinə dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulması, infrastrukturun bərpa edilməsidir. Qısa zamanda görülən işlər onu göstərir ki, böyük qayıdışın başlanmasına, işğaldan azad edilmiş ərazilərdə həyatın canlanmasına çox az bir zaman qalmışdır. Çünkü buralarda görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti və xüsüsi nəzarəti altında nəzərdə tutulmuş plan əsasında həyata keçirilir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan, ərazilərin bərpası ilə paralel olaraq digər sahələrdə də uğulu inkişafa nail olmaq əzmindədir. Ölkəmiz istər xarici, istərsə də daxili siyasətdə bir çox uğura imza atmışdır. Biz həm Avropa birliyi, hən dünya birliyi, eləcə də qoşulmama hərəkatı çərçivəsində önəmli işlərə imza atmışıq. İndi ölkəmiz dünya dövlətləri arasında etibarlı tərəfdaş ölkə kimi tanınır. Əvvəlcədən də dünyada hörmətlə qarşılanan Azərbaycanın beynəlxalq nüfuzu Vətən müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənmişdir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Məlumdur ki, hər hansı bir ölkəni beynəlxalq arenada tanıdan faktorlardan biri də idmandır. Azərbaycan da müstəqilliyin bərpasının ilk illərindən özünü idman ölkəsi kimi tanıtmağa çalışmışdır. Bu proses Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi zamanlarda xüsusilə geniş vüsət almışdır. Çünki, həmin dövrlərdə Milli Olimiya Komitəsinə hazırkı Ölkə Başçısı İlham Əliyev rəhbərlik edirdi. O, "Sağlam bədəndə, sağlam da ruh olar" prinsipini əldə rəhbər tutaraq ölkədə Olimpiya hərəkatının genişləndirilməsinə nail oldu.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Yanvarın 9 - da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimiya Komitəsinin Prezidenti İlham Əliyevin 2022 - ilin yekunlarına dair ölkənin idman ictimaiyyəti ilə görüşü keçirilmiçdir. Cənab İlham Əliyev ötən ili ölkəmiz üçün digər sahələrdə olduğu kimi, idman sahəsində də uğurlu il olduğunu xüsusi vurğuladı . O, qeyd etdi ki, biz idman ölkəsi olaraq əvvəlki illərdə müxtəlif beynəlxalq yarışlarada, olimpiadalarda bir çox uğurlara imza atmışıq. Ölkəmiz bir çox beynəlxalq yarışlara ev sahibliyi etmişdir. Hələ dörd il bundan əvvəl Azərbaycan Beynəlxalq İslam Oyunlarına ev sahibliyi etmişdir. Həmin yarışlarda ölkəmiz birinci yeri tutmuşdur. 2022 - ci ildə Türkiyədə keçirilmiş İslam Oyunlarında 99 medal qazanaraq 56 ölkə arasında dördüncü olmuşuq. Əlbəttə, bu da bizim üçün böyük nailiyyətdir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Prezident qeyd etmişdir ki, biz idmana böyük önəm veririk. Bəzi ölkələr idmana bir qədər az, digərləri isə daha çox əhəmiyyət verir. İdman insanları möhkəm olmağa, zərərli vərdişlərdən uzaq olmağa sövq edir. Bu kimi amillərə görə də biz idmanı daim diqqət mərkəzində saxlayırıq. Bu il idmançılarımız üçün Olimpiadaya son hazırlıq ilidir. Biz çox çalışmalıyıq. İşğaldan azad edilmiş ərazilərdə də idman yarışları keçirməyə​ nail olmuşuq. Şuşada şahmat yarışı, Suqovuşanda isə su idmanı üzrə yarışlar keçirtmişik. Biz bu ərazilərdə müxtəlif idman kompleksləri inşa edəcəyik. Ağdam Atçılıq kompleksinin öz əvvəlki yerində - Eyvazxanbəyli kəndində - təməlini qoymuşuq. Ağdamın məşhur İmarət stadionunun tikintisini də şəhəin baş planına salmışıq. İşğaldan azad edilmiş digər ərazilərdə də idman kompleksləri inşa ediləcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidentinin ölkənin idman ictimaiyyəti ilə görüşü bir daha sübut etdi ki, ölkəmiz hərtərəfli inkişafdadır və idman sahəsində də yeni - yeni zirvələr fəth edəcəyik.​ ​ ​ ​Ələddin Əhmədov​, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib50 dəfə
    Azərbaycan idman sahəsində yeni yeni uğurlar əldə edir

    Maraqlı gələ bilər
    54
    22